Bizi izləyin:

"Azərbaycanın yeddi möcüzəsi"

Layihənin məqsədi – cəmiyyətdə vətənpərvərlik hissini artırmaq, Azərbaycan ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqət yönəltmək, ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqdır.

Layihənin formatı – layihə iki mərhələdən ibarətdir:

1. 28 May 2019-cu ildə başlayan birinci mərhələdə internet vasitəsi ilə (www.yeddi.az) keçirilən səsvermə nəticəsində namizədlər arasından 25 finalçı obyekt seçiləcək.

2. 18 Oktyabr 2019-cu ildə başlanılacaq ikinci mərhələdə isə alimlərin, tarixçilərin, tədqiqatçıların, eləcə də yerli sakinlərin iştirakı ilə müzakirələrin aparıldığı televiziya layihəsinə start veriləcək.

3. 28 May 2020-ci il tarixində ümümxalq səsverməsi nəticəsində (internet və sms) 25 namizəddən 7 qalib elan olunacaq.

Layihənin quruluşu: İkinci mərhələdə seçilmiş 25 finalçı obyekt haqqında AZTV efirində verilişlər yayımlanacaq və onlar haqda müzakirələr aparılacaq. Layihədəki səsvermənin nəticələri keçirilən konsert proqramı əsnasında açıqlanacaqdır.