Bizi izləyin:

Abşeron mayakları

Mayakların tikintisinə XIX əsrin ortalarından etibarən başlanılmışdır. Azərbaycandakı mayaklardan ən irisi Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. Mayak 25 m-lik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə tikilən dəniz mayakı 1860-cı il oktyabrın 23-də istifadəyə verilib.