Bizi izləyin:

Bilgəh qalası

Şirvanşahlar dövründə tikildiyi güman olunur. Tikilmə tarixi XIII-XIV əsrlərə aid edilir. Qala Abşeronun Bilgəh qəsəbəsində yerləşir. Bir hissəsi dövrümüzə gəlib çatmış bu qaladan uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır.