Bizi izləyin:

Göygöl və Kəpəz dağı

1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində Kəpəz dağından böyük qaya parçaları qoparaq Ağsu çayının qabağını kəsmişdir. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və başqa göllər əmələ gəlmişdir. Göygöl dəniz səviyyəsindən 1556 m yüksəkliyində yerləşir. Uzunluğu 2800 m, dərinliyi isə 96 m-dir. Göygöl ərazisində ümumilikdə 19 göl var. Göygöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur.