Bizi izləyin:

Əsgəran qalası

XVIII əsrdə Qarabağ xanlığının şərq sərhədində tikilib. Qala Şuşanın təxminən 24, Xocalının 5 km-də və Ağdam şəhərinin 12 km cənubunda yerləşir. Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olmuşdur. Bir qisim tarixçilər qalanın tikilməsini Pənahəli xanın, digərləri Mehrəli xanın, bəziləri isə İbrahim xanın adı ilə bağlayır.