Bizi izləyin:

Ləkit məbədi

Qax rayonunun Lətik kəndində yerləşən qədim alban məbədidir. İnşa tarixinin IV-VI əsrlərə aid olduğu ehtimalı var. IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Kilsəyə çevrilərkən onun əsas memarlıq quruluşuna toxunulmamış, yalnız xristian dininin ehkamlarına uyğun olaraq səcdəgah əlavə edilmişdir.