Bizi izləyin:

Qum bazilikası

Qax rayonunun Qum kəndində yerləşir. IV-V əsrlərə aid alban məbədidir. Bizans memarlığındakı bazilika üslubunda inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılmışdır. Dövrümüzə bazilikanın yalnız əsas hissəsi və qismən örtük kütləsi çatmışdır.