Bizi izləyin:

Sumuq qala

Qax rayonunun İlisu kəndində yerləşir. XVIII əsrdə inşa olunmuş müdafiə qülləsidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilmışdir. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi titulu ilə sultanlığı idarə etmiş Məhəmməd xanın adına rast gəlinir.