Bizi izləyin:

Diribaba türbəsi

Tikilişi 1402-ci ilə aiddir. Qobustan şəhərindən bir qədər aralıda yerləşir. Memarlıq üslubu onu Şirvanşahlar sarayı ilə bağlayır. İnanca görə Diri Baba kimi tanınan qoca türbədə hələdə yaşamaqdadır. Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyinə görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur.