Bizi izləyin:

Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu

Dəniz səviyyəsindən 2300 m yüksəklikdə yerləşir. Qoruğun ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur ki, bunların da qədim yaşayış məskəni olması ehtimal edilir.