Bizi izləyin:

Əlincə qalası

Bu abidə Naxçıvan şəhərindən 30 kilometr şərqdə, Əlincəçayın sağ sahilində, Xanəgah kəndində, 1700 metr hündürlüyü olan Əlincə dağının üzərində yerləşir. Qalaya əsas giriş şərq və qərb tərəfdən olub. Qalanın adı çəkilən ən qədim qaynaqlardan biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olub. Qala 14 il Əmir Teymur qoşunlarının həmləsinə sinə gərib. Bu illər ərzində qalaya 4 dəfə (1387, 1393, 1397 və 1400-cü il) hücumlar olsa da, Əmir Teymur qalanı ala bilməyib. 2007-ci ildən dünya əhəmiyyətli abidələr siyahısına salınmış “Əlincəqala”da Naxçıvan Muxtar Respublikası Ali  Məclisi Sədrinin 2014-cü il tarixli sərəncamına əsasən bərpa işləri aparılmış və “Əlincəqala” Tarix Mədəniyyət Muzeyi yaradılmışdır.