Bizi izləyin:

Əshabi-Kəhf mağarası

Naxçıvan şəhərindən təqribən 12 km aralıda, Haçadağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada yerləşən ziyarətgahın adının mənası ərəb dilində “mağara sahibləri” deməkdir. Qurani-Kərimin “Əl-Kəhf” surəsinin 9 və 27-ci ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin (Təmlixa, Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuş) və onlara sadiq olan itləri Qıtmirin 300 ildən artıq yatdıqları və oyandıqdan sonra başlarına gələnlərdən danışılır. Qurani-Kərimdə mövcud olan hadisə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Mağaranın sonunda olan məscidin mehrabındakı kitabənin mərkəzində Qurani-Kərimin “Əl-Kəhf” surəsindən 9-12,17-18-ci ayələr həkk edilib.