Bizi izləyin:

Nuh Peyğəmbər türbəsi

Naxçıvan şəhərinin cənubunda yerləşən memarlıq abidəsidir. Nuhun qəbri burada, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı  görkəmi VIII yüzillikdə bərpa edilib. Əvvəlcə bura məbəd olub. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə, həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur.. Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli sərəncamı əsasında 2007-2008-ci illərdə abidə bərpa olunmuş, ərazidə abadlıq və yenidənqurma işləri aparılmışdır.