Bizi izləyin:

Oğlanqala

Şərur rayonunda, Qaratəpə dağında yerləşir. E.ə II-I minilliklərə aid yaşayış yeridir. Oğlanqalanın mərkəzindəki meydançada aşkar edilmiş daş sütun qalıqları vaxtilə burada saray və məbəd tipli möhtəşəm binaların olduğunu göstərmişdir. Meydança bəzi yerlərdə divarlarla əhatə olunmuşdur. Abidədən aşkar olunmuş materialların əksəriyyəti Eneolit mədəniyyətini əks etdirən boz və çəhrayı rəngli saxsı məmulatından ibarətdir.