Bizi izləyin:

Qarabağlar türbəsi

Naxçıvanda türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən biri Azərbaycan və Şərq memarlığının incilərindən sayılan, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksidir. Kompleks Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Abidə bir türbə və qoşa minarəli baştağdan ibarətdir. Baştağın  üzərindəki kitabənin mətnindən aydın olur ki, kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir.12 yarımsilindirin birləşdirilməsindən əmələ gələn, diametri 10 metrə yaxın, hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələr ilə bəzədilmişdir. Bu kitabələrin hamısı Quran ayələri və dini xarakterli kəlamlardır.