Bizi izləyin:

Xarabagilan

Ordubad ərazisində yerləşir. Orta əsrlərə aid şəhər xarabalığıdır. Abidənin qərb tərəfində e.ə. II-I minilliklərə aid yaşayış məskəni və nekropol aşkar edilmişdir. Xarabagilan ərazisində şəhər mədəniyyəti V-IV əsrlərdə yaranmış, orta əsrlərdə isə bura mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Tədqiqatçılar Xarabagilan abidəsinin monqolların Azərbaycana yürüşü zamanı dağıdılmış Kiran şəhərinin qalıqları olduğunu müəyyənləşdirmişlər.