Bizi izləyin:

Naxçıvanqala

Naxçıvan şəhərinin cənubunda yerləşir. Tikilmə tarixi erkən orta əsrlərə aid edilir. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird tərəfindən VII əsrdə inşa edildiyi ehtimal olunur. Hazırda Tarix Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir.