Bizi izləyin:

Calut monastırı

Oğuz rayonunun Calut kəndində yerləşir. V-VI əsrlərə aid alban monastırıdır. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. Bəzi mənbələrdə V, bəzilərində isə I əsrdə inşa edildiyi bildirilir. Məbədin qərb və cənub divarları qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmışdır. Binanın tikilməsi üçün əhəng daşı, çaydaşı, bişmiş kərpicdən istifadə edilmişdir.