Bizi izləyin:

Qədim Şəmkir şəhəri

Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəhərin V-VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə “Şamkur” adı ilə tanınmışdır. VI əsrdə mövcud olan şəhər X əsrdən böyük inkişafa başlasa da, 1235-ci ildə monqolların yürüşündən sonra dağıdılmış, bir müddət sonra xarabalığa çevrilmişdir.