Bizi izləyin:

Şuşa Dövlət Tarix-Mədəniyyət Qoruğu

1988-ci ildə Şuşa Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Şuşa Azərbaycan Respublikasının Dövlət Tarix-Memarlıq Qoruğu elan edilsə də, bir neçə il sonra erməni fitnəsinin qurbanı olub. Buraya Xan qızı Natavanın evi, Qarabağ xan sarayı, Qara Böyükxanım sarayı, Şuşa qapısı, Yuxarı və Aşağı Gövhər ağa məscidləri aid edilirdi. Bütün şəhərin planlaşma özəyi olan Meydan Şuşanın baş ticarət kompleksinin də özəyi hesab olunurdu. Meydandan Şuşanın üç ticarət küçəsi şaxələnir, yanlarında dükanlar sıralanan bu ticarət küçələrində həm də Şuşanın əsas dini binaları, karvansaraları və ticarət meydanları yerləşirdi.