Bizi izləyin:

Allar mağarası

Yardımlı rayonunun Allar kəndində, Viləş çayının sol sahilində yerləşir. Daş dövrünə aid yaşayış yeri olmuşdur. Allar mağarası 1500 m yüksəklikdə yerləşir. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Tapılan alətlər texniki və tipoloji baxımdan Orta Paleolit dövrünə aiddir.