Bizi izləyin:

Keşikçidağ monastırı

Azərbaycanın Gürcüstanla sərhədində yerləşən qədim Alban məbədidir. Qaraca və ya David Qareci məbədi də adlandırılır. Azərbaycan mənbələrinə görə qədim alban mənşəlidir, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Gürcü mənbələri isə məbədin gürcü mənşəli olub Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.