Bizi izləyin:

Pəriqala

Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşir. İlkin görünüşü saxlanaraq dövrümüzə qədər gəlib çata bilmişdir. Qalanın dəqiq tikilmə tarixi bəlli olmasa da, Qafqaz Albaniyası dövründə inşa edildiyini güman edilir. Strateji baxımdan əlverişli yerdə inşa olunmuşdur. Qala qaya daşlarını çaparaq tikilmişdir. Pəriqala elə bir ərazidə yerləşir ki, əraziyə gələn bütün yollar qaladan aydın görünür.