Bizi izləyin:

Bazardüzü zirvəsi

Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsidir. Üç zirvədən ibarətdir. Ən yüksək zirvəsi 4466 m-dir. Türyan və Qusar çayları buradan başlanır. Dağ öz adını Şahnabad çayı dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır.