Bizi izləyin:

Aza körpüsü

Ordubad rayonunun Aza kəndində, Gilançayın üzərində XVII əsrə aid memarlıq abidəsidir. Körpü 5 aşırımlıdır və qırmızımtıl rəngli, yonulmuş dağ daşından inşa edilmişdir. Aza körpüsü Böyük İpək yolu ilə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilmişdir.. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və yenidən qurulmuşdur.