Bizi izləyin:

Qullar məbədi

V-IX əsrlərə aid bu abidə Balakən rayonunun Qullar kəndində yerləşir. Qullar məbədi Azərbaycan elmi ədəbiyyatında “Aşağı Qullar” məbədi adlanır. Məbədin mehrab hissələri, mehrabın üzərindəki tağ və girişdəki tağ onu xüsusi olaraq qoruya, möhkəmliyini təmin edə bilir. Burada üç pəncərənin olduğu məlumdur. Alban xristianlıq inanclarına görə bu, İsa Peyğəmbərin üç simasını ifadə edir - Ata Allahı, Oğul Allahı və Müqəddəs Ruhu.