Bizi izləyin:

Didivan qalası

Didivan qalası Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə yerləşir Güman edilir ki, qala təxminən VI-VII əsrlərdə inşa olunub. Xalq arasında qalaya “Koroğlu qalası” da deyilir. Qala dairəvi şəkillidir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Dəlican yolu tərəfə istiqamətlənən müşahidə dəlikləri tikintinin məhz müşahidə, gözətçi qalası olduğunu sübut edir.