Bizi izləyin:

Cavanşir qalası

Cavanşir qalası İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Bu abidə VII əsrdə, Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir. Qalanın inzibati mərkəz, müdafiə istehkamı funksiyası daşıdığı ehtimal olunur. Sahəsi təqribən 2 ha-dır. Əsas hissə "içqala"dan ibarətdir. Bu hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Divar silindirvari bürclə tamamlanır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Burada yeraltı yolların mövcud olduğu da güman edilir. Qalanın qərb divarları isə sürüşmə nəticəsində uçub dağılmışdır.