Bizi izləyin:

Yeni Zod kilsəsi

Yeni Zod Kilsəsi Göygöl rayonunun Yeni Zod kəndi yaxınlığında yerləşən qədim Alban məbədinin qalıqları üzərinə inşa edilmiş xristian məbədidir. Hündür qayalıq üzərində tikilmişdir. Məbədi tikiliş quruluşuna görə Orta əsrlərə aid etmək olar. Keçən əsrin sonlarına qədər kilsə girişinin üst hissəsində mövcud olmuş xaç daşındakı qeydlərdən başa düşmək mümkündür ki, məbəd XVII əsrdə inşa edilib. Məbəd 2 neflidir və içərisində də çoxlu albanvari xaç oymaları, hücrə yerləri mövcuddur.